Taekvondo üzrə milli komandaların məşqçi heyəti ilə beynəlxalq yarışlara hazırlıq müzakirə edilib | |
Taekvondo üzrə milli komandaların məşqçi heyəti ilə görüş keçirilib. Federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov, nəzarət-təftiş komitəsinin sədri Bəxtiyar Mirzəliyevin rəhbərliyi ilə keçirilən toplantıda baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, Elnur Amanov, böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimov və Vurğun Cəfərov da iştirak ediblər. Tədbirdə gənclərin və yeniyetmələrin dünya birinciliyi, böyüklərin İslam Həmrəyliyi Oyunları öncəsi təlim-məşqlərin hansı səviyyədə davam etdiyi, komandalarda ümumi vəziyyətin necə olduğu, heyətlərdə olacaq dəyişikliklər, idmançıların hansı çəkidə yarışa qatılacağı və ümumilikdə ilin sonuna qədər komandaların hansı yarışlarda iştirakı müzakirə mövzuları olub. Xatırladaq ki, gənclər və yeniyetmələrdən ibarət komandalarımız (iyulun 28-31-də yeniyetmələr, avqustun 2-7-də gənclər arasında) dünya birinciliyinə, böyüklərdən ibarət millimiz isə avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarını davam etdirirlər. |
|
Xəbər 293 dəfə oxundu. |
|
|