Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Azərbaycan futbol klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Püşk nəticəsində “Neftçi”, “Zirə” və “Qəbələ”nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.

“Zirə” ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” ikinci təsnifat mərhələsində Kiprin “Aris” komandasını üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.

Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.

Xəbər 251 dəfə oxundu.