Qadın şahmatçılar Ümumdünya Şahmat Olimpiadasına hazırlığa başlayıblar
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayıb.

10 günlük hazırlıqda millinin üzvləri – Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva iştirak edirlər.

Milli komandaya hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Cahangir Ağarəhimov və beynəlxalq usta Abdulla Qədimbəyli kömək edirlər.

Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq.

Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da başa çatacaq.

Xəbər 337 dəfə oxundu.