Cüdoçumuz Qran-Pri turnirinin bürünc medalı uğrunda mübarizə aparacaq | |
Bu gün cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yarışın üçüncü günündə mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi Gela Zaalişvili olacaq. Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar. |
|
Xəbər 335 dəfə oxundu. |
|
|