David Kameron 96 “Liverpul” azarkeşinin öldüyü Hillsboruq faciəsinə görə üzr istəyib | |
İngiltərənin baş naziri David Kameron 96 “Liverpul” azarkeşinin öldüyü Hillsboruq faciəsinə görə üzr istəyib. İngiltərə parlamentinin aşağı palatasında Hillsboruq faciəsi ilə bağlı hazırlanan 400 səhifəlik hesabat müzakirə olunub. Baş nazir ədalətsizlik səbəbindən qurbanların ailələrinin zərər çəkdiyini bildirib: “O gün baş verənlər böyük yalnış idi. Hökumətim və ölkəm adından ədalət uzun müddət bərpa olunmadığına görə üzr istəyirəm. Hər şey aydındı, “Liverpul” azarkeşləri fəlakətə görə heç bir məsuliyyət daşımır”. Qeyd edək ki, 15 aprel 1989-cu ildə “Liverpul”la “Nottingem Forest” arasında keçirilən Federasiya Kubokunun yarımfinal matçında polis stadionun qapılarını açdığına görə tribunalarda qarışıqlıq yaranıb və 96 azarkeş əzilərək ölüb. Olayda həlak olanların ailələri 20 ildən artıqdı ki, hazırlanan hesabatın açıqlanmasına çalışırdı. |
|
Xəbər 971 dəfə oxundu. |
|
|