Cüdo üzrə Azərbaycan çempionatında daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib
U-23 kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.

Yarışın ikinci günü 4 çəki dərəcəsində 97 kişi və 20 qadın cüdoçu arasında qaliblər müəyyənləşib.

Belə ki, kişilər arasında Sabir İsmayılov (66 kq), İbrahim Ağakişiyev (90 kq), qadınların yarışında isə Xədicə Qadaşova (52 kq), Pərvanə Abdullayeva (70 kq) birinci yeri tutublar.

Çempionata iyulun 14-də yekun vurulacaq.


Xəbər 346 dəfə oxundu.