“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib | |
“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib. "Yarasalar" "Milan"dan Samuel Kastilyexonu transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Kastilyexo 2018-ci ildən "Milan"da çıxış edirdi. O, bu komanda ilə 113 oyunda 10 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb. |
|
Xəbər 291 dəfə oxundu. |
|
|