“Lokomotiv”in sabiq baş məşqçisi Draqutin Baltiç özünə yeni komanda tapıb | |
“Lokomotiv”in sabiq baş məşqçisi Draqutin Baltiç özünə yeni komanda tapıb. Son 3 ili Azərbaycanda işləyən sloveniyalı mütəxəssis karyerasını İsveçrədə davam etdirəcək. O, Çempionlar Liqasında mübarizə aparan “Volero” klubu ilə 1 illik müqavilə imzalayıb. Baltiç bu postda Moskva “Dinamo”suna keçən Svetlana İliçi əvəzləyib. Qeyd edək ki, təcrübəli çalışdırıcı 2009-2010 mövsümündə “Rabitə”də işləyib və Azərbaycan çempionu olub. Ardınca növbəti mövsümün gedişində “Lokomotiv”i qəbul edən Baltiç bu klubla axırıncı ilində “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanıb. Bakı təmsilçisində onun yerinə belaruslu Pyotr Xilko təyin olunub. |
|
Xəbər 936 dəfə oxundu. |
|
|