Futbol üzrə Misir millisi portuqaliyalı mütəxəssisə tapşırılıb | |
Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu barədə Misir Futbol Federasiyası məlumat yayıb. Yığma Rui Vitoriyaya tapşırılıb. Əlli iki yaşlı mütəxəssislə dördillik müqavilə imzalanıb. O, bu vəzifədə Ehab Qalalı əvəzləyib. Qeyd edək ki, portuqaliyalı mütəxəssisin sonuncu iş yeri Moskvanın “Spartak” klubu olmuşdu. O, ötən il klubdan ayrılıb. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|