Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq quruma üzv seçilib | |
Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova 18 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində CEV-in Nəzarət Komissiyasının üzvü olacaq. Onunla yanaşı, AVF-nin həkimi, Avropa Voleybol Konfederasiyasının Tibb Komissiyasının üzvü Vüsalə Kazımova da analoji yarışa dəvət alıb. O, qonşu ölkədə tibb işinin təşkilinə nəzarət edəcək. AVRO-2022 iyulun 9-17-də Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. U-18-lərin Avropa çempionatının final mərhələsində Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Sloveniya, Belçika, Çexiya, Finlandiya, Fransa, Gürcüstan və Serbiya mübarizə aparacaq. |
|
Xəbər 384 dəfə oxundu. |
|
|