“Qəbələ” klubu bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək | |
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək. Baş məşqçi Elmar Baxşıyevin komandası Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq. |
|
Xəbər 250 dəfə oxundu. |
|
|