Premyer Liqanın V turunun proqramı açıqlanıb | |
Premyer Liqanın V turunun proqramı açıqlanıb. Tura cümə günü start veriləcək. Sentyabrın 14-də baş tutacaq yeganə oyunda “Bakı” “Turan”ı qəbul edəcək. Matç saat 20.00-da başlayacaq. Turun 4 oyunu şənbə günü keçiriləcək. Həmin gün baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” və “Kəpəz” – “Qəbələ” matçları saat 17.00-da, “İnter” – “Sumqayıt” və “Rəvan” – “Simurq” görüşləri isə bundan iki saat sonra başlayacaq. Tura bazar günü keçiriləcək bir oyunla yekun vurulacaq. AZAL-la “Qarabağ” arasındakı qarşılaşma saat 18.30-da start götürəcək. 14 sentyabr Bakı – Turan “Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 20.00. 15 sentyabr Neftçi – Xəzər Lənkəran İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17.00. Kəpəz – Qəbələ Gəncə şəhər stadionu. Saat 17.00. İnter – Sumqayıt “Şəfa” stadionu. Saat 19.00. Rəvan – Simurq Bayıl Arena stadionu. Saat 19.00. 16 sentyabr AZAL – Qarabağ “AZAL Arena”. Saat 18.30. |
|
Xəbər 1076 dəfə oxundu. |
|
|