"Qarabağ" klubu Rumıniya komandası ilə yoxlama oyununda heç-heçə edib | |
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu sonuncu yoxlama oyununu keçirib. Azərbaycan çempionu günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib. Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçə edib - 2:2. |
|
Xəbər 254 dəfə oxundu. |
|
|