Dünya çempionatı: Qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşib | |
Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığmamız bu mərhələdə Portuqaliya seçməsi ilə qarşılaşacaq. İlk görüş noyabrın 2-3-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq. Qeyd edək ki, birinci təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. Doqquz cütün qalibi pley-offa yüksələcək. |
|
Xəbər 442 dəfə oxundu. |
|
|