İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda Yan Nepomnyaşi ilə qarşılaşacaq
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 10-cu turun oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda FİDE təmsilçisi Yan Nepomnyaşi ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda 4 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər 359 dəfə oxundu.