Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və futbol veteranı Rüstəm Rəhimov iştirak ediblər.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi Elçin Məsiyev və referi köməkçisi Namik Hüseynov layiq görülüblər.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsinin və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin ötən ilin yanvarında keçirilmiş iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub.

Xəbər 311 dəfə oxundu.