Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıblar | |
London Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb. Nümayəndə heyətini gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti, azarkeşlər və onların qohumları olublar. Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 27-ci yeri tutublar. |
|
Xəbər 1110 dəfə oxundu. |
|
|