İdmançımız Ülvi Məmmədov Asiya çempionatında qüvvəsini sınayacaq | |
Beynəlxalq Şotokan Karate-do Federasiyasının yığma komandasının üzvü Ülvi Məmmədov böyüklər arasında keçiriləcək şotokan üzrə Asiya çempionatında iştirak edəcək. Azərbaycan idmançısı mötəbər yarışa Beynəlxalq Şotokan Karate-do Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədovun və məşqçisi Elnur Əliyevin rəhbərliyi altında qatılacaq. Yarış iyulun 1-3-də Qırğızıstanda təşkil ediləcək. |
|
Xəbər 342 dəfə oxundu. |
|
|