"İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş təşkil olunub
İyunun 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib.

Yürüşdə 100-dək idmançı və həvəskar velosipedçi iştirak ediblər. İştirakçılar Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət edib.

Peşəkar velosipedçilər isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər. Yürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Xəbər 436 dəfə oxundu.