Millimiz “Şaxtyor”dan qisas aldı | |
Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Millimiz “Şaxtyor” (Donetsk) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları rəqib qapısına Baxşəli Baxşəliyev və Elnur Cəfərov vurub. Qeyd edək ki, bu komandalar arasında ilk oyunda “Şaxtyor” 3:0 hesablı qələbə qazanmışdı. |
|
Xəbər 867 dəfə oxundu. |
|
|