Cüdoçularmız Avropa birinciliyinin komanda yarışlarında mübarizə aparırlar | |
Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları start götürüb. 14 ölkədən 157 idmançının qatıldığı komanda yarışında əsas heyətdə Azərbaycanın 3 qız və 3 oğlan cüdoçusu Aydan Vəliyeva, (48 kq), Fidan Əlizadə (63 kq), Nigar Süleymanova (+70 kq), Nizami İmranov (60 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov (+90 kq) yer alıb. Ehtiyat siyahıda isə 2 qız və 2 oğlan cüdoçumuz Xumar Qasımzadə (48 kq), Vüsalə Hacıyeva (63 kq), Şahin Oruczadə (60 kq), Əli Hacızadə (81 kq) var. Baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə yeniyetmə oğlanların, məşqçi Elnur İsmayılov isə qızların komandasına rəhbərlik edir. Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub. |
|
Xəbər 423 dəfə oxundu. |
|
|