Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının növbədənkənar seçki konfransında iştirak edir
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyədə səfərdədir.

O, Türkiyə Futbol Federasiyasının (TFF) növbədənkənar seçki konfransı və maliyyə Baş Assambleyasında iştirak edir.

Konqresdə çıxış edən E.Məmmədov səfər çərçivəsində TFF-in vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı və digər federasiya rəsmiləri ilə də görüşüb.

Qeyd edək ki, bu gün TFF-yə yeni prezident seçiləcək.

Xəbər 390 dəfə oxundu.