Ovusu Kvabeni “Qarabağ” klubunu tərk edə bilər
Ovusu Kvabeni Ağdamın “Qarabağ” klubunu tərk edə bilər.

Türkiyənin daha bir klubu 25 yaşlı forvardın xidmətində maraqlıdır.

Ötən mövsüm icarə əsasında çıxış etdiyi “Ankaragücü”dən ayrılan və “Qarabağ”a qayıdan Qana millisinin üzvünü bu dəfə “Sakaryaspor” heyətinə cəlb etmək niyyətindədir. Birinci liqaya vəsiqə qazanan Sakarya təmsilçisi Ovusuya təklifini edib və oyunçunun cavabını gözləyir.

Türkiyə klubu eyni zamanda futbolçunun müqavilə ilə məxsus olduğu “Qarabağ”la da danışıq aparıb. Azərbaycan çempionu ilə oyunçunun icarəyə götürülməsi və birbaşa transfer edilməsi müzakirə olunub. Ağdam təmsilçisinin də bu həftə qərarını açıqlaması gözlənilir.

Qeyd edək ki, hazırda “Qarabağ”ın düşərgəsində məşq edən Ovusu Kvabenanın sözləşmə müddəti 2023-cü ilin yayına qədərdir.

Xəbər 412 dəfə oxundu.