“Qətər-2022”: Avstraliya millisi dünya çempionatına vəsiqəni təmin edib | |
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 31-ci ölkə müəyyənləşib. Mundiala vəsiqə uğrunda Qətərin Əl-Rayyan şəhərində Avstraliya və Peru milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan Avstraliya (5:4) dünya çempionatına vəsiqəni təmin edib. Qeyd edək ki, “Qətər-2022”nin sonuncu iştirakçısı Kosta-Rika və Yeni Zelandiya yığmaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək. |
|
Xəbər 405 dəfə oxundu. |
|
|