UEFA Millətlər Liqası: Bu gün Azərbaycan millisi Belarus yığmasını qəbul edəcək | |
Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək. Baş məşqçi Canni De Byazinin yetirmələri Bakıda Belarus seçməsini qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək. Komandalar arasında ikinci tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, üçüncü turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, üçüncü turda Qazaxıstanla heç-heçə edib - 1:1. Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var. |
|
Xəbər 533 dəfə oxundu. |
|
|