Şəhid zabit Vüsal Babayevin həyat yoldaşı: Şəhidlərimizin xatirəsinə göstərilən diqqət və ehtiramla təsəlli tapırıq | |
İkinci dəfədir Formula 1 yarışlarını izləyirəm. Formula 1 yarışları ilk dəfə Bakıda keçiriləndə Vüsalla birgə izləmişdim. Bu gün isə bu yarışa Vüsalsız baxıram. Bakıda keçirilmiş birinci Avropa Oyunları da daxil olmaqla, şəhərimizdə müxtəlif sahələr üzrə təşkil olunan ən böyük tədbirləri, yarışları birgə izləmişik. Vüsal ailəsi ilə istirahət etməyi və vaxt keçirməyi çox xoşlayırdı. O, nümunəvi ailə başçısı idi. Bu gün yarışı izləmək üçün dəvət olunmağımız şəhidlərimizin, o cümlədən Vüsalın xatirəsinə göstərilən yüksək ehtiramın nümunəsidir. Biz bu diqqət və ehtiramla təsəlli tapırıq. Bu sözləri şəhid baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva müsahibəsində bildirib. Həyat yoldaşı ilə daim qürur duyduğunu vurğulayan A.Babayeva deyib: “Vüsal üzərinə düşən məsuliyyəti tam dərk edən, çalışdığı kollektivdə, ailədə, cəmiyyətdə nümunəvi davranışı ilə seçilən insan idi. Vüsalın arzularını həyata keçirməyə, onun kimi güclü, möhkəm və mübariz olmağa çalışıram. Sağlığında olduğu kimi, indi də Vüsalla fəxr edirəm”. |
|
Xəbər 460 dəfə oxundu. |
|
|