Bu gün UEFA Millətlər Liqasında üçüncü turun son görüşləri keçiriləcək | |
Bu gün UEFA Millətlər Liqasında üçüncü turun son görüşləri keçiriləcək. Son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutacaq. A Liqasının üçüncü qrupu çərçivəsində İngiltərə komandası İtaliyanı, Macarıstan Almaniyanı qəbul edəcək. Dördüncü qrupda Polşa Niderland, Belçika Uelslə səfərdə qarşılaşacaq. Ukrayna millisi ölkədəki müharibəyə görə B Liqasının birinci qrupunda Ermənistanla Polşada görüşəcək. Bu qrupun digər matçında isə İrlandiya öz meydanında Şotlandiya ilə üz-üzə gələcək. Üçüncü qrupda isə Monteneqro Bosniya və Herseqovina, Rumıniya Finlandiya ilə qarşılaşacaq. C Liqasının birinci qrupunda ilk iki oyundan maksimum nəticə qazanan Türkiyə yığması səfərdə Lüksemburqla görüşəcək. Digər qarşılaşmada isə Farer adaları Litvanı qəbul edəcək. |
|
Xəbər 498 dəfə oxundu. |
|
|