Şəhriyar Məmmədyarov “Norway Chess” beynəlxalq şahmat turnirində ikinci yeri tutub | |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən ənənəvi "Norway Chess" şahmat superturnirində ikinci yeri tutub. Son raundda – 9-cu turda Ş.Məmmədyarov Teymur Rəcəbova məğlub olub. Ötən turların yekununa görə, Şəhriyar Məmmədyarov 15,5 xal toplayıb. Teymur Rəcəbov isə 8 xalla 9-cu nəticəni göstərib. Yarışın qalibi 16,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub. |
|
Xəbər 473 dəfə oxundu. |
|
|