Slovakiya - Azərbaycan matçının birinci hissəsində hesab açılmayıb
Futbol üzrə UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində keçirilən Slovakiya - Azərbaycan milliləri arasında oyunun birinci hissəsi başa çatıb.

“Dalğa Arena” stadionunda qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.

Qarşılaşmanı litvalı baş hakim Donatas Rumsas idarə edir.
Xatırladaq ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. İkinci turda isə millimiz Serbiyada Belarusla qolsuz bərabərə qalıb.

Qrupun digər görüşündə Belarus yığması Qazaxıstanla qarşılaşacaq. Həmin oyun saat 22:45-də başlayacaq.

Xəbər 562 dəfə oxundu.