Olimpiya çempionu Anna Şerbakova Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edib
Rusiyalı fiqurlu konkisürən Anna Şerbakova da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləyir.

18 yaşlı Olimpiya çempionu bu barədə rəsmi teleqram kanalında paylaşım edib. İdmançı pit-stop prosedurunun görüntüsünü paylaşıb.

A.Şerbakova “Pekin-2022” Qış Olimpiya Oyunlarında çempion olub. Fiqurlu konkisürən iki dəfə dünya çempionatında da qızıl medala sahib olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə iyunun 12-də yekun vurulacaq.

Xəbər 516 dəfə oxundu.