On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Qazaxıstan yığmasını məğlub edib | |
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib. Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin hər iki qolunu 57-ci və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub. Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. |
|
Xəbər 305 dəfə oxundu. |
|
|