Cüdo üzrə 23 yaşadək qadın və kişilər arasında Bakı şəhər çempionatı start götürüb | |
İyirmi üç yaşadək qadın və kişilər arasında Bakı şəhər çempionatına start verilib. Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilir. Turnirin ilk günündə paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 201 idmançı medallar uğrunda mübarizə aparır. Qadınlar 48, 57, 78, +78, kişilər isə 60, 73, 90, +100 kiloqram çəki dərəcələrində yarışırlar. |
|
Xəbər 530 dəfə oxundu. |
|
|