“Tornado-Ş” şirkəti kütləvi tədbirlərin mühafizəsində lider mövqelərdən birini tutmaqda davam edir
“Tornado-Ş” mühafizə şirkəti kütləvi tədbirlər zamanı mühafizə işinin yüksək səviyyədə təşkil olunmasında lider mövqelərdən birini tutmaqda davam edir.

Olkəmizin ev sahibliyi etdiyi ən mühüm idman tədbirlərindən biri – Formula 1 Azərbaycan Qran-Prisi zamanı təhlükəsizlik məsələləri “Tornado-Ş” mühafizə şirkətinə həvalə olunub. “Tornado-Ş” şirkəti beynəlxalq əhəmiyyətli tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının mühafizəsində böyük təcrübəyə malikdir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər trekində keçiriləcək. Bakıdakı yarış builki dünya çempionatının 22 Qran-Prisindən sayca 8-cisidir. Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.

Formula 1 yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

Dünyanın elit və ən çox izlənən idman yarışlarından biri olan Formula 1 yarışları orta hesabla 550 milyon tamaşaçı auditoriyasına malikdir. Bu yarışlara həm də kommersiya baxımından maraq böyük olduğu üçün təhlükəsizlik məsələləri mühüm əhəmiyyət kəsb edir.

Xəbər 484 dəfə oxundu.