UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib | |
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub. A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən son dəqiqələrdə Harri Keynin penalti qolu ilə qurtulublar. Qrupun digər oyununda İtaliya Macarıstanı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib. B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqronu 2:0, Bosniya və Herseqovina isə Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Nəhayət, C Liqasının 1-ci qrupunda Lüksemburq səfərdə Farer adalarına Jerson Rodrigesin dəqiq penalti zərbəsi ilə qalib gəlib. Gecənin ən bol qollu qarşılaşmasında isə Türkiyə səfərdə Litvanı 6 cavabsız qolla darmadağın edib. UEFA Millətlər Liqası A Liqası 3-cü qrup 22:45. Almaniya - İngiltərə - 1:1 Qollar: Yonas Hofmann, 51 - Harri Keyn, 88 22:45. İtaliya - Macarıstan - 2:1 Qollar: Nikolo Barella, 30. Lorentso Pelleqrini, 45 - Canluka Mançini, 61 (öz qapısına) Xal durumu: İtaliya - 4, Macarıstan - 3, Almaniya - 2, İngiltərə - 1. B Liqası 3-cü qrup 20:00. Finlandiya - Monteneqro - 2:0 Qollar: Yoel Pohyanpolo, 31; 38 22:45. Bosniya və Herseqovina - Rumıniya - 1:0 Qol: Smail Prevlyak, 68 Xal durumu: Finlandiya - 4, Bosniya və Herseqovina - 4, Monteneqro - 3, Rumıniya - 0 C Liqası 1-ci qrup 22:45. Farer Adaları - Lüksemburq - 0:1 Qol: Jerson Rodriges, 74 (pen.) Qırmızı vərəqələr: Rene Yönsen, 68; Sölvi Vatnhamar, 80 (hər ikisi Farer adaları) 22:45. Litva - Türkiyə - 0:6 Qollar: Doğukan Sinik, 2; 14. Serdar Dursun, 56 (pen.); 81. Yunus Akgün, 89. Halil Dervişoğlu, 90+1 Xal durumu: Türkiyə - 6, Lüksemburq - 6, Farer adaları - 0, Litva - 0. |
|
Xəbər 396 dəfə oxundu. |
|
|