Azərbaycanda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı təşkil olunub
Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında 40-dan çox xarici idmançının iştirakı ilə təlim-məşq toplanışı başlayıb.

iyunun 10-dək davam edəcək hazırlığa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto-Rikodan yüksək səviyyəli idmançılar qatılıblar. Onların arasında 2022-ci ilin Avropa çempionları Bogdan Ladov (66 kq), Michael Korrel (100 kq), Jur Spijkers (+100 kq) və Panamerika çempionatının qalibi Adrian Gandia Gines də yer alıblar.

Bu növ təlim-məşq toplanışlarının təşkilində əsas məqsəd idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdakı iri miqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.

Xəbər 551 dəfə oxundu.