“Simurq” Gürcüstandan qələbə ilə döndü
Yığma komandanın Dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar avqustun 29-dan Gürcüstanda təlim-məşq toplanışı keçən “Simurq” vətənə dönüb. Komanda sentyabrın 8-də Rustavi şəhərinin “Polad” stadionunda “Metallurq” klubu ilə yoldaşlıq görüşü keçirdib.
Oyun “Simurq”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 22-ci dəqiqədə Murad Səttarlı imza atıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bundan öncə Tiflisin “Lokomotiv” kollektivi ilə üz-üzə gəlmiş və 2:1 hesablı qələbəylə meydanı tərk etmişdi. Artıq dünən səhər saatlarında Zaqatalaya qayıdan komanda bir günlük istirahətdən sonra bu gün axşamdan “Rəvan”la oyunun hazırlıqlarına start verəcək. Qeyd edək ki, “Simurq” V tur çərçivəsində senytabrın 15-i paytaxt təmsilçisinin qonağı olacaq.

Xəbər 1049 dəfə oxundu.