Günter Ştayner: Formula 1 ənənələrinə heç bir təhlükə yoxdur
Günter Ştaynerin fikrincə, Formula 1 təqvimində yeni yürüşlərin yaranması çempionatın ənənələrinə hər hansı bir yolla təsir göstərməyəcək.

Bu il ilk dəfə olaraq Mayami Qran-Prisi keçirildi. Çoxları bu yürüşün nümunəsində amerikasayağı yanaşmanın çempionatın ənənələrinə cavab verəcəyinə şübhə edirdi.

Bu yanaşma dedikdə, həm ən müxtəlif tanınmış insanların bir yerə toplanması, biletlərin ağlasığmaz qiymətləri, həm də dənizin olmadığı yerdə süni liman və çimərliklər şəklində olduqca spesifik “səhnələr” nəzərdə tutulur. Çempionatın menecmentinin sabiq başçısı Berni Ekklstoun hətta bildirib ki, bu ona Formula 1 yürüşünü deyil, klub səviyyəsində hansısa yarışı xatırladıb.

Formula 1 çempionatının “HAAS” komandasının rəhbərinin bu barədə öz fikri var. Ştayner deyib: “Hazırda mövsümün təqvimi xarakterinə görə fərqli olan çoxsaylı mərhələlərdən ibarətdir. Yürüşlər ötən əsrin 80-90-cı illərində olduğu kimi bir-birinə bənzəmir, o vaxt hər şey eyni görünürdü. İndi biz başa düşmüşük ki, yanaşmalar müxtəlif ola bilər”, - hesab edir.

Məsələn, əgər Oston və Mayamidəki mərhələləri müqayisə etsək, o halda bu iki hadisə xarakterinə görə tamamilə müxtəlif olsa da, böyük sayda tamaşaçı toplayır.

Bununla yanaşı, fikrimcə, İspaniya Qran-Prisi kimi yürüşdə Mayamidə olanları təkrar etmək cəhdinə ehtiyac yoxdur, orada tamaşaçı onsuz da kifayət qədərdir. Yalnız sürətli maşınların yürüşünü izləmək arzusunda olan, sözün əsl mənasında azarkeşlər az deyil. Lakin elələri də var ki, onlar şən tədbirlər həvəskarıdır və belə insanlar üçün Mayami mərhələsi kimi yürüşlərə gəlmək maraqlıdır. Fikrimcə, indi tamaşaçının seçim imkanı var”.

Elə bir təhlükə var ki, yeni yürüşlərin sayı artdıqca klassik traslar bir-birinin ardınca Formula 1 təqvimindən itəcəklər. Lakin Ştayner onlar arasında fərq qoymur: “Biz yalnız o trasları itiririk ki, orada yarışların keçirilməsi maliyyə cəhətdən məqsədəuyğun deyil. Formula 1 ənənələrinə heç bir təhlükə yoxdur, klassik yürüşlər həmişə kifayət qədər olacaq. Onlardan hansısa biri təqvimdən bir və ya ikiilliyə çıxarılırsa, sonra o geri qayıdır və mən bunda heç bir problem görmürəm”.

Xəbər 417 dəfə oxundu.