Nizam-intizam qaydalarını pozduğuna görə 3 futbolçu millinin heyətindən kənarlaşdırılıb | |
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. Uç futbolçu - Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb. “Qəbələ” klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub. Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. |
|
Xəbər 376 dəfə oxundu. |
|
|