Lüksemburq – İtaliya matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək | |
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb. O, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Matç iyunun 6-da Lüksemburqda keçiriləcək. |
|
Xəbər 267 dəfə oxundu. |
|
|