Belarus - Azərbaycan oyununun hakimləri müəyyənləşib | |
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib. Matçın baş hakimi isveçli Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək. Matç iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. |
|
Xəbər 455 dəfə oxundu. |
|
|