İndiyədək 10 klub futzal üzrə Azərbaycan kuboku yarışının qalibi olub
Futzal üzrə Azərbaycan kuboku yarışında 2021/2022-ci il mövsümünə yekun vurulub. Qalib adı uğrunda Yüksək Liqanın bürünc medalçısı “Neftçi” və Birinci Liqa təmsilçisi “Alyans Qrup” qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən Yüksək Liqa təmsilçisi növbəti dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Ümumilikdə indiyədək 10 komanda yarışın qalibi olub.

Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” kubok yarışının qalibi olub. Ölkə kuboku yarışının 2019/2020-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/2021-ci il mövsümü isə ümumiyyətlə keçirilməyib.

Xəbər 330 dəfə oxundu.