Azərbaycanın U-19 komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib | |
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2023-cü ildə Belçikada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz birinci qrupda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 4-10-da Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək. Qeyd edək ki, milli komandamız B liqasında qərarlaşıb. |
|
Xəbər 297 dəfə oxundu. |
|
|