Estoniya - Azərbaycan matçını uelsli hakimlər briqadası idarə edəcək | |
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Azərbaycan oyununun hakimləri açıqlanıb. Qarşılaşmanın baş hakimi uelsli Robert İan Jenkins olacaq. Ona həmyerliləri İan David Bird və Eşli Davis kömək edəcəklər. Matçın dördüncü hakimi Aleks Mcinç olacaq. Matç iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək. |
|
Xəbər 310 dəfə oxundu. |
|
|