Dünya kuboku yarışının koreyalı qalibi: Bakı Atıcılıq Mərkəzində ab-havasının əla olması nəticəmizə də təsir etdi
Bakıdakı yarış həqiqətən möhtəşəmdir. Turnir iştirakçıları üçün çox gözəl şərait yaradılıb. Burada həqiqətən əyləncəli anlar yaşayırıq. Bakı Atıcılıq Mərkəzində dünya kuboku yarışında ab-havasının əla olması nəticəmizə də təsir etdi. Finalda özümü ancaq qələbəyə kökləmişdim.

Müsahibəsində Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku turnirində 10 metr məsafəyə pnevmatik tüfəngdən qarışıq növdə atəşaçma yarışında çempion olan Koreya komandasının üzvü Keum Jihyeon bildirib.

K.jihyeonun komanda yoldaşı Park Hajun fərqli hisslər keçirdiyini bildirib: “Çempion olmaq qürurvericidir. Düzdür, qalibiyyət asan olmadı. Serbiya ilə final görüşü həqiqətən çətin oldu. Rəqib olduqca təcrübəli idi. Buna baxmayaraq yekunda qələbə qazandıq. Turnir ərzində əsəb keçirdiyim anlar olsa da, özümü toplaya bildim”.

Xəbər 395 dəfə oxundu.