Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Norway Chess" turnirində mübarizə aparacaqlar | |
![]() Yarışda Azərbaycanı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, macarıstanlı Riçard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaqlar. Turnirdə qələbə 3 xalla qiymətləndirilir. Heç-heçə olduqda, rəqiblər "armageddon" oynayır, onun qalibi 1,5 xal, uduzan tərəf 1 xal qazanır. Dairəvi sistemlə təşkil olunan 1 günlük yarışda turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək. Qeyd edək ki, Norway Chess" turniri mayın 31-dən iyunun 10-dək keçiriləcək. |
|
Xəbər 257 dəfə oxundu. |
|
|