Karateçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər | |
Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir. Bu gün daha dörd idmançımız - İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), həmçinin Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) fərdi yarışlara qatılıblar. Komandamızın digər üzvləri - İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev kata üzrə, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət, o cümlədən Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadiqova və İrina Zaretska isə kumitenin komanda yarışlarında iştirak edəcəklər. Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan yeddi karateçi yarışı medalsız başa vurub. Yarışda karate üzrə 45 ölkədən 454 karateçi, parakarate üzrə isə 15 ölkədən 48 idmançı mübarizə aparır. |
|
Xəbər 502 dəfə oxundu. |
|
|