Azərbaycan təmsilçisi Eltac Səfərli İtaliyada şahmat festivalında çıxışını davam etdirir
İtaliyada beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli çıxışını davam etdirir.

Sahmatçımız ötən 7 turda 4 xal toplayaraq 7-ci yerdə qərarlaşıb. Turnirdə ilk pillədə isə 5 xalla FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur.

Beynəlxalq festivalda ümumilikdə 20 şahmatçı iştirak edir.

Qeyd edək ki, mayın 26-da başa çatacaq turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 297 dəfə oxundu.