“Sumqayıt” FK Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalayıb | |
“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb. V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb. |
|
Xəbər 251 dəfə oxundu. |
|
|