"Gəncə" idman klubunun həyata keçirəcəyi layihələr barədə fikir mübadiləsi aparılıb | |
“Gəncə" idman klubunun İdarə Heyətinin sədri Elvar Osmanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ilə görüşüb. Görüşdə klubun gələcək perspektivləri müzakirə olunub, həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb. S.Tomuyeva klubun nailiyyətləri barədə məlumat verilib. Qeyd olunub ki, idmançıların məşq etməsi üçün klubun bazası əsaslı təmir edilir və idman qurğusu beynəlxalq standartlara tam cavab verəcək. S.Tomuyev klubun uğurlarını yüksək qiymətləndirib və gələcəkdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Gənclərin vətənpərvər ruhda böyüməsi və idmana cəlb olunması istiqamətində kluba həmişə dəstək olacaqlarını diqqətə çatdırıb. Sonda klubun xatirə hədiyyəsi S.Tomuyevə təqdim olunub. |
|
Xəbər 312 dəfə oxundu. |
|
|