Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti dəfə Litva yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə mayın 20-də növbəti yoldaşlıq oyununu keçiri

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandamızın heyətində Ramil Əliyev, Emin Mehdiyev, Elçin Qasımov və Sabir Allahquliyev fərqləniblər.

Milli komandalar arasında növbəti oyun mayın 21-də keçirəcək.

Daha əvvəl təşkil olunan yoldaşlıq oyunun yığmamız 5:4 hesabı ilə qalib gəlib.

Xəbər 345 dəfə oxundu.